XƏBƏR LENTİ

21 Sentyabr 2019
20 Sentyabr 2019

Digər Xəbərlər

10 Noyabr 2015 - 16:53

Arnold Şvarsnegger hind filmində çəkiləcək

 

 

arnold.jpg

Məşhur amerikalı aktyor Arnold Şvarsenegger yaxın vaxtlarda Bollivudda debüt edəcək.

 TASS informasiya agentliyi xəbər verir ki, aktyor bu yaxınlarda tanınmış rejissor Şankarın “Robot-2” döyüş filmində çəkilmək üçün müqavilə imzalayıb.

 

Arnold Şvarsenegger çəkiliş meydançasında keçirəcəyi bir iş gününü 500 min dollar həcmində qiymətləndirib. Beləliklə də, Bollivud kinematoqrafları amerikalı aktyor ilə bir aylıq müştərək işləri üçün ona 15 milyon dollar ödəməli olacaqlar. Filmin yaradıcıları bu pulları əbəs yerə xərcləmədiklərinə və gələcək filmin kommersiya uğuru əldə edəcəyinə əmindirlər.

Məşhur aktyor dəfələrlə Hindistan kinematoqrafını sevdiyini bildirib və nə vaxtsa öz rollarını Bollivud filmlərindəki işləri ilə zənginləşdirməyi arzuladığını gizlətməyib.

Onun Hindistana çəkiliş proseslərinin başlayacağı ərəfədə – dekabr ayında gələcəyi bildirilir. “Robot-2” filminin premyerasının isə bir il sonra baş tutacağı gözlənilir.