XƏBƏR LENTİ

20 İyun 2019
19 İyun 2019

Digər Xəbərlər

18 Noyabr 2015 - 13:36

Nazir Əbülfəs Qarayev əmr verdi, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinə yeni rəis təyin olundu

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinə yeni rəis təyin edib.

Strateq.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirin əmriylə bu vəzifəyə Mehman Şükürov həvalə olunub. 

Məlumatda o da qeyd olunur ki, M.Şükürov Sumqayıt şəhərində mədəniyyət müəssisələrində bir sıra vəzifələrdə çalışıb. O, 1997-2014-cü illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru işləyib. Mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 2008-ci ildə “Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.

Xatırladaq ki, Sumqayıt şəhər mədəniyyət və turizm idarəsinin keçmiş rəisi Namiq Qafarov bir neçə gün öncə öz xahişi əsasında tutduğu vəzifədən azad edilmişdi.