XƏBƏR LENTİ

20 İyun 2019
19 İyun 2019

Digər Xəbərlər

18 Noyabr 2015 - 13:54

“Vətənimin bir övladının toyunda iştirak etdiyim üçün…” – Xalq artisiti şəxsinə qoyulan qadağaya üsyan etdi

Xalq artisti Nazpəri Dostəliyeva media nümayəndələrini bir araya toplayaraq mətbuat konfransı keçirib.

Xalq artisti telekanalların ona qoyduğu qadağaya üsyan edib və bu məsələdə jurnalistlərdən dəstək istəyib:

“Mən vətənimi, prezidentimi, ailəsini çox sevirəm. Prezidentim mənə əməkdar, xalq artisti adını verib. Prezidentimizin ətrafında olan bəzi məmurlar ona yalan məlumat veriblər, mənə böhtanlar atılıb. Kanal rəhbərləri bildirir ki, mənə qadağa qoymayıblar. Lakin ANS-dən başqa digər kanalların qorxaqlığı və başqalarının sözləri ilə oturub durmaqları mənim efirdən uzaqlaşmağıma səbəb olub. 3 ildir ki, kanallara buraxılmıram. Mən mərhum prezidentimiz Heydər Əliyevin özəl məclislərində çıxış etmişəm, prezidentimiz mənə dəyər verib. Vətənimin bir övladının toyunda iştirak etdiyim üçün mənə böhtanlar atıldı. Bu məsələ siyasiləşdirildi, böyüdüldü. Lakin mən vətənimi, dövlətimi, xalqımı sevirəm. Jurnalistlərdən xahiş edirəm ki, kanallara buraxılmamağımın səbəbini araşdırsınlar. Onların buna haqqı, hüququ var”(Qafqazinfo).

Qeyd edək ki, Nazpəri Dostəliyeva 2013-cü ilin aprel ayında Müsavatın sabiq başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbərin toy mərasimində iştirak etmişdi.