XƏBƏR LENTİ

20 İyun 2019
19 İyun 2019

Digər Xəbərlər

22 Noyabr 2015 - 15:46

Mərhum xalq artistinin xatirə gecəsi – Nazirlik təşkil edəcək

Noyabrın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq artisti Siyavuş Aslanın 80 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə unudulmaz teatr və kino aktyoru Siyavuş Aslanın yaxınları və sənət dostları ilə yanaşı, bir sıra mədəniyyət və incəsənət xadimləri də iştirak edəcəklər.

Gecədə sənətkarın çəkildiyi filmlərdən səhnələr nümayiş olunacaq. Yubiley tədbirinin rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.
 
Qeyd edək ki, Siyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. O, aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə qısa müddətdə musiqili komediyanın estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışıb. 1984-cü ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan aktyor 2013-cü il iyunun 27-də Bakıda vəfat edib.