XƏBƏR LENTİ

22 Noyabr 2019
21 Noyabr 2019

Digər Xəbərlər

15 Dekabr 2015 - 14:10

“Uzun müddət davam etməyəcək” – Müğənnilərə son xəbərdarlıq

“Şou-biznes nümayəndələrinin gəlir vergisi ödəməməsi uzun müddət davam etməyəcək”.

Bu sözləri Vergilər nazirinin I müavini Natiq Əmirov mətbuata açıqlamasında bildirib.

N.Əmirov bildirib ki, dünyada ən doğru vergiyə cəlb olunma mexanizmi əldə edilmiş gəlirlərə görə müəyyənləşdirilən vergilərdir:  

“Yəni hər kəs özünün qazandığı, əldə etdiyi gəlirlərinə münasib vergilərini ödəməlidir. Bunun üçün ən mühüm şərt gəlir və xərclərin şəffaf uçotunun aparılmasıdır. Bizim şou-biznes nümayəndələrinin əldə etdiyi gəlir və xərclərinin uçotu yoxdur. Bu insanlardan bir qismi obyektiv, digər qismi isə subyektiv səbəbdən bizə öz gəlir və xərclərinin uçotunu təqdim etməkdə həvəsli deyil. Bir sıra hallarda biz onların gəlirlərini əldə edə bilərik. Ən azı toyları müşahidə edə bilərik. Vergilər Nazirliyinin imkanı var ki, konkret bir musiqiçini nəzarətə götürsün və onun bütün toylarını izləsin, gəlirlərini hesablasın və buna müvafiq olaraq vergini hesablasın.  

Şou-biznes nümayəndələrindən gəlirləri və xərclərini bəyan etmələrini və vergiləri ödəmələri xahiş olunub, lakin bu da bir nəticə verməzsə, onların da vergiyə cəlb olunması üçün lazımi mexanizm tapılacaq”.

APA