XƏBƏR LENTİ

19 İyul 2019
18 İyul 2019

Digər Xəbərlər

17 Dekabr 2015 - 11:27

Vaqif Bəhmənlini işdən çıxardılar – Özünün xəbəri olmadan

Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, şair Vaqif Bəhmənli işdən çıxarılıb.
 
Nazir Əbülfəs Qarayevə şeir yazdığı və həmin şeiri dərc etdirdiyi üçün nazirlik tərəfindən töhmət alan şair həmin ərəfədə məzuniyyətə göndərilib.
 
AzNews.az-ın verdiyi xəbərə görə, dekabrın 16-da məzuniyyətdən qayıdan şöbə müdiri artıq işdən çıxarıldığı ilə bağlı əmrinin verildiyini öyrənib.
 
Məsələ ilə bağlı V.Bəhmənli ilə əlaqə saxladıq. O, hazırda məzuniyyətdə olduğunu, məsələdən xəbərsiz olduğunu bildirdi.
 
Xatırladaq ki, V.Bəhmənli nazir Əbülfəs Qarayevə “Hamıya yaxşılıq” adlı şeir həsr edib. Nazir isə ona yazılan şeiri bəyənməyib və bu şeiri dərc etdirməməsi ilə bağlı xəbərdarlıq edib. Lakin xəbərdarlığa baxmayaraq, şeir “525-ci qəzet”də tirajlanıb. Bundan sonra Mədəniyyət və Turizm nazirinin əmri ilə V.Bəhmənliyə töhmət verilib. Bu hadisə isə cəmiyyətdə böyük rezonans doğurub.
 
Xəbəri Mədəniyyət və Turizm Nazirliyindən “Kulis”ə təsdiqləyiblər və bildiriblər ki, o, öz ərizəsi ilə vəzifəsindən azad olunub.