Gündəm

  • " width="300" height="266" />
    ARDNF-dən Türkiyə və Rusiyanın pullarının ucuzlaşması ilə bağlı açıqlama:"...çevik taktiki addımlarla müvafiq dəyişikliklər edilir"
  • " width="300" height="266" />
    Türkiyə və Rusiya XİN başçıları mətbuat konfransında –Qarabağ münaqişəsinin sülh yolu ilə
  • " width="300" height="266" />
    Tramp Türkiyəyə F-35-lərin satışını da dayandırdı –Yeni sənədə əsasən
  • " width="300" height="266" />
     “Tehran hökuməti ilə dialoqa hazırıq” –Vaşinqtondan İranın ali dini liderinə cavab gecikmədi
  • " width="300" height="266" />
    “Siz ortağınızın ayaqlarına güllə atırsınız…” –Ərdoğan ABŞ-ın addımını pislədi, sabotaj aparanları isə hədələdi
  • " width="300" height="266" />
    İranın ali dini liderindən sərt bəyanat:"ABŞ-la birbaşa danışıqları qadağan edirəm"
  • " width="300" height="266" />
    Merkeldən Türkiyəyə dəstək:"İqtisadi sabitliyin pozulması Avropanın xeyrinə deyil, Ərdoğanla görüşəcəyəm"
  • " width="300" height="266" />
    “Azərbaycan Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcək” –XİN-dən bəyanat
  • " width="300" height="266" />
    “Rusiya Türkiyə ilə ticarətdə milli valyutalardan istifadə etmək niyyətindədir” –Putinin köməkçisi
  • " width="300" height="266" />
    Bakının bu rayonlarında qanunsuz tikintilərlə bağlı cinayət işi açıldı –SİYAHI

Müsahibə

  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)
  • " width="300" height="266" />
    Pənah Hüseyn:"Azərbaycan iqtidarı cəmiyyəti müharibəyə hazırlamalıdır" (Müsahibə)
  • " width="300" height="266" />
    XƏZƏRİN STATUSUNDAN DANIŞAN İRANLI EKSPERT:"ABŞ və NATO-nun bu bölgəyə giriş qorxusu var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransalı professor:"Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir"
  • " width="300" height="266" />
    Pənah Hüseyndən ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət:"Biz də gözlənilməz şəraitə hazır olmalıyıq"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"ABŞ özünü kabadayı kimi aparır və düşünür ki, Türkiyə geri çəkiləcək"
  • " width="300" height="266" />
    İNDONEZİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ:"Azərbaycandan daha böyük miqdarda neft alacağıq" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan Mühafizəkarlar Partiyasının sədri:"KOÇARYANIN HƏBSİ RUSİYA PLANINA XİDMƏT EDƏCƏK" - Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

14 Avqust 2018
13 Avqust 2018

Digər Xəbərlər

03 Sentyabr 2017 - 12:40

Səsi Avropa səhnəsindən gələn azərbaycanlılar –Hacı Zeynalabdin Tağıyev Şövkət Məmmədovanın pulunu niyə kəsibmiş?

Bir zamanlar "qoca Avropa" ifadəsini əsasən geosiyasi, bir də demoqrafik mövzuda danışanda işlədərdilər. Son iyirmi-otuz ildə isə bu ifadə həm bir qədər əhəmiyyətini itirib, həm də məzmununu dəyişib. Ona görə ki, Asiya və Afrikadan davamlı köçkün bumu yaşayan Avropada əhali artımı da nizama düşüb, digər tərəfdən elmi kəşflərin, mədəniyyət və idman uğurlarının, bəlkə də dünyanın geosiyasi istiqamətini yönəldəcək politik güclərin ağırlıq mərkəzi Qərbi Avropadan daha çox Şərqi Avropada cəmləşir. 
   
   Əslində bu gün əsrlər boyu Avropanın yaratmış olduğu və dünyaya yaydığı nəsnələri sonradan bu “qoca qitə”yə gəlmiş, ya da burada doğulmuş qeyri-avropalılar daha çox yayırlar.
   Biz isə bu gün Avropa səhnələrindən gələn səslərimiz barədə danışmaq istəyirik. 
   
   Avropada eşidilən səsimiz – I mərhələ 
   
   Ta qədimdən belə olub. Klassik operanın vətəni İtaliya olduğundan klassik oxuma məktəbi də məhz orada formalaşıb. Sonradan digər Avropa ölkələrində vokal məktəbləri yaranıb formalaşsa da, İtaliya, xüsusilə də Milan dünyanın ən öncül vokal məktəbi olmaq şərəfini əsrlərdir ki, yaşamaqdadır…
   Azərbaycanda Avropa təbirincə klassik vokal-opera məktəbi yaranandan İtaliya bizim üçün örnək, mükəmməl savad qazana biləcəyimiz məkan olub. İlk Azərbaycan vokalçıları Bülbül və Şövkət Məmmədova da İtaliyada vokal təhsili alıblar. Şövkət xanım hələ yeniyetmə ikən, 1911-ci ildə Milan Konservatoriyasına daxil olur, onun təhsil xərcini isə Hacı Zeynalabdin Tağıyev ödəyir. Lakin Milandan Bakıyadək uzanan yaman «dillər» Şövkətin Ukraynadan olan yəhudi tələbə Yakov Lübarski ilə sevgisini xoşagəlməz rənglərə boyayıb Tağıyevə çatdırdıqları üçün mesenat acığa düşüb vəsaiti kəsir. Sovet hakimiyyəti qurulduqdan sonra, iyirminci illərin sonunda Şövkət xanım artıq Bülbül ilə birlikdə İtaliyanın «La Skala» Opera Teatrında staj keçir. İlk vokalçılarımızın sənət təcrübəsi göstərir ki, hətta səhnəyə alışdıqdan və vokalçıların dili ilə desək, səs «yerinə oturandan» sonra da İtaliya pedaqoqlarından öyrənməyə dəyər. 
   Maraqlıdır ki, SSRİ xalq artistləri Şövkət Məmmədova və Bülbüldən sonra İtaliyada təhsil almaq baxımından Azərbaycanda böyük fasilə yaranıb. Çox güman, bu, 15 respublikanın birləşdiyi ittifaq meyarlarına görə belə olub. Çünki SSRİ-ni təmsil etmək məqamı yetişəndə ilk növbədə Rusiya, sonra Ukrayna, daha sonra isə digər müttəfiq respublikalar yada düşürdü. Bu üzdən də ittifaq daxilində olduğumuz illərdə dünya miqyaslı sənət yarışlarında və festivallarda iştirakımızın sayı bacarıq və istedadımıza tən gəlmir. 
   1964-cü ildə gənc vokalçı Müslüm Maqomayev, 1975-ci ildə isə artıq kifayət qədər tanınmış və ta 1957-ci ildən opera səhnəsində çıxış edən Lütfiyar İmanov «La Skala» teatrında staj keçirlər. Hər iki böyük müğənninin yaradıcılığı bu yazını oxuyanların xatirində olduğu üçün təfsilata varmırıq. 
   
   Avropada səsimiz – II mərhələ 
   
   Sovetlərin kapitalist dünyası ilə münasibəti nə qədər gərgin olsa da, sosialist düşərgəsinin təmsilçiləri ilə ünsiyyəti siyasi baxımdan birmənalı olmasa da, müttəfiq respublikaların sənətçiləri, o cümlədən vokalçılar ara-sıra dünya səhnələrində çıxış edirdilər. Lakin nəfəslikdən daxil olan havaya bənzər bu sənət «genişliyi» çoxlarını təmin etmirdi və onlar – özlərini dünya miqyasında tanıtmaq istəyən, sənətinə daha geniş meydan və nə gizlədək, həm də istedadına mütənasib para qazanmaq istəyənlər mühacirət edirdilər. Düzdür, onların arasında sırf siyasi motivlər üzündən də SSRİ-ni tərk edən olurdu, amma geriyə dönüşün yoxluğunu göz önünə alaraq verilən mühacirət qərarının təməlində çox zaman hüdudsuz sənət sərbəstliyi istəyi dururdu. 
   
   Təəssüf ki, 25 il müstəqil dövlətdə yaşadığımıza baxmayaraq, ötən əsrin səksəninci illərində Azərbaycanı (oxu: SSRİ-ni) tərk edərək Türkiyəyə sığınan və orada professional fəaliyyətini davam etdirən gözəl vokalçı, tenor Vaqif Kərimovun taleyi barədə bilgimiz yoxdur. 
   Sonralar ciddi sənətlərin inkişaf istiqamətinin hansı yönə, hankı səmtə gedəcəyinin bilinmədiyi 1990-cı illərdə Azərbaycanı tərk edən sənət adamları az olmadı. Əsasən digər xalqların nümayəndələri olan belə mühacirlərə qoşulan daha çox rusdilli, ya da məhz yaradıcılıq imkanlarını daha bol gerçəkləşdirmək niyyətinə çatmaq fürsətinin yetişdiyini zənn edən azərbaycanlılar idi.
   
   Opera səhnəsində uğurlarına baxmayaraq, daha çox Azərbaycan bəstəkarlarının romans və mahnılarının mahir ifaçısı kimi tanınan, bu gün isə həm də pedaqoji fəaliyyətlə məşğul olan Xalq artisti Azər Zeynalov məhz belə təlatümlü zamanda İtaliyada öz vokal texnikasını təkmilləşdirdi və… vətənə qayıtdı. 
   
   Avropada səsimiz – III mərhələ 
   
   1998-ci ildə Vyanada Azərbaycan diplomatik korpusunun təşkil etdiyi konsert Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, gözəl bariton, Əməkdar artist Muxtar Məlikovun həyatında dönüş nöqtəsi olur. O, yenicə açılmış Antalya Opera Teatrına dəvəti qəbul edir. 2004-cü ildə uğursuz əməliyyatdan sonra pedaqoji fəaliyyətlə məşğul olmağa başlayan M.Məlikovun ötən illərdə qardaş ölkədə vokalçı kadrların hazırlanmasında xidməti böyükdür. Bu ilin yayında isə tanınmış vokalçı və pedaqoq 58 yaşında ağır xəstəlikdən dünyasını dəyişdi. 
   
   Manheym Milli Opera Teatrının solisti, Azərbaycanın Xalq artisti Əvəz Abdullayev Azərbaycan Dövlət Konservatoriyasının məzunudur, illərlə bizim teatrda çalışıb, aparıcı bariton partiyalarını ifa edib. Hazırda Almaniyada yaşayan Əvəz yenə də ara-sıra Bakıda çıxış edir, Azərbaycan bəstəkarlarının Avropada səslənən əksər vokal əsərlərinin ilk ifaçısıdır. Xalq artisti öz sənət karyerasının bəhrəsini avropasayağı görməklə yanaşı, həm də Azərbaycan musiqisinin elçisi kimi vətənlə sıx bağlarını da qırmır.
   XXI əsrin gəncliyi üçün artıq hər hansı ölkədə məskunlaşmaq, öz istedadına bacarıq meydanı tapmaq problem deyil. Digər tərəfdən, insanları köç etməkdən çəkindirən dil maneələri də artıq yoxdur. Biz dünyaya açıldıqca dünya bizim üçün kiçilir. 
   Bu gün Avropada klassik musiqi xiridarları və operasevərlər üçün Yusif Eyvazov, Dinarə Əliyeva, Elçin Əzizov, Cavid Səmədov isimləri elə onların ifa etdikləri vokal partiyaları kimi qulaq oxşayır. Artıq Avropa və dünya opera sənəti bu səsləri Azərbaycandan çıxan, Bakı Musiqi Akademiyasının yetirməsi kimi deyil, çox ünlü sənətçilər pleyadasının üzvü kimi qavrayır. Etiraf edək ki, adıçəkilən bu əntiqə kvartetin əsl opera ifaçısı kimi formalaşması məhz Azərbaycandan kənarda baş verib. 
   Bu adlar cərgəsini hazırda İtaliyada təhsil alan və staj keçən, solist olaraq səhnəyə çıxan vokalçılar Azər Rzazadə, Məhərrəm Hüseynov, Çinarə Şirin, Sankt-Peterburq Mariinsk Teatrının vokal akademiyasının solisti Regina Rüstəmova, Azərbaycan əsilli, köklü peterburqlu Evelina Ağabalayeva və… hələ səsi qulaqlara yatmağa macal tapmamış neçə cavan vokalçı şərəflə davam etdirir. 
   * * *
   İnternet döngələrində dolaşıb bizimkilərin səslərinə rast gəlmək, onların adlarını dünya afişalarında görmək adama qürur verir. Bəxtsiz şair Məhəmməd Hadinin məşhur deyimini xatırlatsa da, pozitiv ovqatla bu fikri söyləmək çox xoşdur: Var millətimizin səsləri səslər içində… 

Mədəniyyət qəzeti

01 sentyabr.2017