XƏBƏR LENTİ

22 Oktyabr 2019
21 Oktyabr 2019

Digər Xəbərlər

22 Dekabr 2015 - 06:52

“Getdim otağa, gördüm, artıq yerdədir, xırıldayır” – Dünən vəfat edən aktyorun yoldaşından ittiham

“Son günlər vəziyyəti pisləşmişdi, özünü toplaya bilmirdi”.

Bu sözləri dünən axşam saatlarında vəfat edən əməkdar artist Ələsgər Məmmədoğlunun həyat yoldaşı Nazilə Mənsimova aktyorun son günləri haqda axar.az-a danışarkən, deyib.

O, sənətkara olan diqqətsizliyə görə, onun çalışdığı Akademik Milli Dram Teatrını da günahlandırıb:

“Dünən səhər vəziyyəti yaxşı idi. Kitab oxumaq üçün öz otağına getdi. Bir də gördüm pəncərəni taqqıldadır. Getdim otağa, gördüm, artıq yerdədir, xırıldayır. Təcili yardım çağırdıq, nəsə etmək mümkün olmadı. Biz ona demirdik, amma həkimlər ilk gündən bildirmişdilər ki, Ələsgər qaraciyər xərçəngidir. “AzDrama”dan ona demişdilər ki, səni müalicə üçün İrana apararıq, amma aparmadılar. Məcbur olub birtəhər özümüz apardıq, həkim dedi ki, gecdir, vəziyyəti çox pisdir. İrandan gələndən sonra da vəfat etdi. ömrünün sonuna qədər xərçəng xəstəsi olduğunu bilmədi. çox güman ki, anasının yanında dəfn ediləcək”.

Xatırladaq ki, əməkdar artist Ələsgər Məmmədoğlu dünən axşam saatlarında vəfat edib.

Allah rəhmət eləsin!