Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    ABŞ Helskinki komissiyasının sədri Uiker:“Azərbaycana qarşı sanksiya tətbiqinə çağırış etməmişəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Prezident Elçibəyin eks-müşaviri, məşhur şoumen Kamran Həsənli:“Elçibəy məni çox istəyirdi…” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Rövşən Ağayev:"Neftin qiyməti 40 dollara düşsə, 2015-ci ilin taleyini yaşamalı olacağıq”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Azərbaycan XİN-dən Paşinyanın Qarabağa səfərinə kəskin reaksiya:"Bu, müharibəyə çağırışdır..."
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Dəmirçiyan Azərbaycanla gizli danışıqlara görə öldürülüb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan partiya lideri:“Bakı və Ankara Naxçıvan ərazisini gələcək hərbi əməliyyatlar üçün poliqona çevirir” – Müsahibə
  • " width="300" height="266" />
    Məhərrəm İncə Azərbaycan mətbuatına danışdı:"SƏSLƏRİMİZİN OĞURLANMASINA İMKAN VERMƏYƏCƏYİK"
  • " width="300" height="266" />
    DEPUTAT VAHİD ƏHMƏDOV:“Təzə təyin olunmuş nazirlər hələlik ünsiyyətdən qaçırlar” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ÖLKƏNİN DAXİLİNDƏ KİFAYƏT QƏDƏR NARAZILIQ VAR” –Bəxtiyar Hacıyev gənclərimizin xaricə getməsinin səbəblərindən danışır (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    SƏMƏD SEYİDOVDAN TƏSDIQ:“Azərbaycandakı prezident seçkiləri AŞPA-nın gündəliyinə salınıb” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  



XƏBƏR LENTİ

23 İyun 2018
22 İyun 2018

Digər Xəbərlər

13 Sentyabr 2017 - 16:58

Hindistanın “Indian Ocean”  rok qrupu Bakıda 3 günlük konsert verib –FOTO

“Hindistan və Azərbaycanın qədim mədəni əlaqələri mövcuddur, ümumi maraqlar xalqları bir-birinə yaxınlaşdırır”.

Bunu  Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana Bakıda səfərdə olan Hindistanın  məşhur  “Indian Ocean” rok  qrupunun konsertində çıxışında bildirib. 

Üç günlük konsertin Hindistanın Mədəni Əlaqələr Şurasının və Hindistanın Azərbaycandakı Assosiasiyasının təşkilatçılığı ilə reallaşdığını vurğulayan səfir bildirib ki, qrupun ölkəmizə səfəri ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunan tədbirlərin tərkib hissəsini təşkil edir. Səfir qeyd edib ki, “Indian Ocean” rok qrupu 1990-cı ildə Dehlidə yaradılıb.   Qrup öz nadir musiqisi ilə Hindistanda və ölkə xaricində böyük coşqu yaradaraq uğur qazanıb.  Bəzi tənqidçilər “Indian Ocean” qrupunun musiqisini mənəviyyat, fəallıq, ətrafmühitçilik, müharibənin faydasızlığı və mifologiya kimi mövzuları özündə ehtiva edən müasir rokun, klassik hind cazının, xalq musiqisinin vəhdəti kimi təsvir edir.

Azərbaycana ilk səfərlərində  “Indian Ocean”ın  üzvü Rahul Ram bu qrupun Hindistandan Azərbaycana qastrol səfəri etmiş ilk əsas qrup olduğunu söyləyib.  Qrup Bakının gözəlliyi və Bakı xalqının müsbət enerjisindən təsirləndiklərini qeyd edib. Onlar həmçinin, Azərbaycandakı musiqi dünyasını təqdir etdiklərini də ifadə edib.

Xatırladaq ki,  “Indian Ocean” növbəti konsert proqramı ilə bu gün  saat 19:00-da Sumqayıt Dənizkənarı Bulvarında çıxış edəcək.

L.SƏMLA

Strateq.az