XƏBƏR LENTİ

22 Oktyabr 2019
21 Oktyabr 2019

Digər Xəbərlər

25 Dekabr 2015 - 09:36

“Mənimlə bağlı hansısa məsələ müzakirə olunmayıb” – Nazirin işdən çıxardığı idarə rəisi danışdı

Xəbər verdiyimiz kimi, bu gün Mədəniyyət və Turizm Nazirliyində ilin yekunları ilə bağlı kollegiya iclasında nazir Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Əlikram Əliyevi işdən çıxardığını elan edıb.

Strateq.az Azinforum.az-a istinadən xəbər verir ki, Ə.Əliyev işdən azad edilmə xəbərinə belə reaksiya verib:

“”Kollegiya bu dəqiqələrdə yekunlaşıb. Ancaq orada mənimlə bağlı hansısa məsələ müzakirə olunmayıb. Mən, bir neçə gün əvvəl yazdığım ərizəm əsasında vəzifədən azad edilmişəm. Hesab edirəm ki, 8 il dövlətimə bacardığım qədər xidmət edə bilmişəm.  Dekabrın 28-dən mənim vəzifəmi “Nizami” kinoteatırının direktoru  Vüqar Zeynalov icra edəcək.  Yəni Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin yeni rəhbəri həmin adam olacaq. Fürsətdən istifadə edib Vüqar müəllimi yeni təyinat münasibəti ilə ürəkdən təbrik edirəm”.

Əlikram Əliyev onu da bildirib ki,  hələlik bir müddət istirahət etmək planı var: “Sonra hansı vəzifəni lazım bilərlərsə, orda da işləməyə hazıram”.