XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

25 Dekabr 2015 - 18:43

“Elə bil, dolları Ağadadaş yüksəldib” – Xalq artistindən növbəti dollar açıqlaması

“Elə bil, dolları Ağadadaş yüksəldib”.

Bu sözləri xalq artisti Ağadadaş Ağayev deyib.

“Hər şey daxil” verilişinə qonaq olan ifaçı bir neçə gün öncə söylədiyi “Dolların qalması məni sevindirir” sözlərinə münasibət  bildirib:

“Dolların yüksəlməsini, burada istifadə olunmasını istəməyənlərdən biri də mənəm. İstəmirəm biz bu valyutaya bağlı olaq. Hamımızın problemi yaranıb. İnşallah, ötüb keçəcək. Bizim torpağımızda olan bərəkət dünyanın heç bir yerində yoxdur. Bu problemi Amerika yaradıb. Hər ölkə də öz içində mücadilə aparır. Bunu bu qədər şişirtmək lazım deyil. O sözü demişəmsə də, düz etmişəm. Mahiyyəti bilib, münasibət bildirsinlər. Yazını görmədən, başlığa baxıb fikir yazmasınlar”.

Lent.az