XƏBƏR LENTİ

18 Oktyabr 2018
17 Oktyabr 2018

Digər Xəbərlər

15 Fevral 2018 - 02:21

Türkiyə ilə Azərbaycan arasında “Qardaş məktəb” layihəsi –İncəsənət Gimnaziyasında tədbir keçiriləcək

Fevralın 15-i saat 13:00-da İncəsənət Gimnaziyasında Bursa İncəsənət Liseyindən gəlmiş musiqi və rəssamlıq ixtisaslı şagirdlərin Bakıdakı həmyaşıdları ilə birgə tədbiri keçiriləcək.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təqdimat Müşavirliyindən Strateq.az-a verilən məlumata görə, tədbir Azərbaycan və Türkiyənin təhsil nazirliklərinin dəstəyi ilə həyata keçirilən “Qardaş məktəb” layihəsi çərçivəsində təşkil edilib.

Xatırladaq ki, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası ilə Türkiyənin Bursa Zeki Müren İncəsənət Liseyi (Güzel Sanatlar Lisesi) arasında “Qardaş məktəb” layihəsi həyata keçirilir. İki ölkə arasında təhsil sahəsində imzalanmış əməkdaşlıq protokoluna uyğun olaraq sözügedən təhsil ocaqları arasında şagird mübadiləsi, qarşılıqlı səfərlər, birgə sərgi və konsertlərin təşkili və digər fəaliyyətlərin aparılması nəzərdə tutulur.

Bugünlərdə layihə çərçivəsində İncəsənət Gimzaniyasının dəvəti ilə Bursa İncəsənət Liseyindən 15 nəfərlik nümayəndə heyəti Bakıya səfər edib. Türkiyədən gələn musiqi və rəssamlıq ixtisası şagirdləri azərbaycanlı həmyaşıdları ilə fevralın 15-i, saat 13:00-da İncəsənət Gimnaziyasında birgə tədbir keçirəcəklər.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kəriminin rəhbərliyi ilə baş tutacaq tədbirdə hər iki ölkədən rəsmi şəxslər, məktəb direktorları və görkəmli mədəniyyət xadimləri iştirak edəcəklər.