XƏBƏR LENTİ

18 Dekabr 2018
17 Dekabr 2018

Digər Xəbərlər

04 Dekabr 2018 - 12:37

“Yaxşı olar ki, özündən soruşun” –Fəxrəddin Manafov Rus Dram Teatrından gedib?

“Fəxrəddin Manafov Rus Dram Teatrında çalışır, hazırda da işinin başında –  ştatdadır. Rus Dram Teatrı olaraq xəbərin yalan olduğunu söyləyirik”. 

Bunu Modern.az-a açıqlamasında Rus Dram Teatrının əməkdaşı İlham Məmmədov xalq artisti Fəxrəddin Manafovun teatrdan ayrılması xəbərinə münasibət bildirərkən deyib.

Teatrın əməkdaşı Fəxrəddin Manafovla bağlı yayılan xəbərin səbəbini özündən soruşmağı tövsiyə edib: “Yaxşı olar ki, Fəxrəddin müəllimin özündən sosial şəbəkələrdə niyə teatrdan ayrılması barədə informasiya yayıldığını soruşun”.

Dəfələrlə xalq artisti Fəxrəddin Manafovla məsələni dəqiqləşdirmək üçün əlaqə saxlamağa çalışsaq da, aktyordan telefon zənglərinə cavab ala bilmədik.

Qeyd edək ki, sosial şəbəkələrdə xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından getməsi barədə xəbərlər yayılıb.