XƏBƏR LENTİ

21 Yanvar 2019
20 Yanvar 2019

Digər Xəbərlər

03 Yanvar 2019 - 22:51

İranlı müğənni faşist formasında –Mehdi Yərrahinin klipi qadağan olundu

İslam İnqilabının 40 illiyi ərəfəsində müğənni Mehdi Yərrahinin “Para daş” (“Pare səng”) musiqi klipi İranda qadağan edilib.

Strateq.az “Fars” İA-ya istinadla xəbər verir ki, klipdə faşist Almaniyasına məxsus rəmzlərinin istifadəsi İranda geniş əks-səda və sosial şəbəbəkələrdə qızğın müzakirələr doğurub.

Mədəniyyət və İslami İrşad Nazirliyi məsələyə müdaxilə edib və hazırda klipin virtual məkanda yayımı qadağan olunub.

Nazirlik rəsmisinin sözlərinə görə, video məhsulun təhlili ilə bağlı ciddi araşdırma aparılır.