XƏBƏR LENTİ

24 Aprel 2019
23 Aprel 2019

Digər Xəbərlər

07 Fevral 2019 - 14:04

AzTV-də daha bir dəyişiklik –Eldar Mahmudovun bacanağı müsabiqədən kənarlaşdırıldı

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi “Muğam Televiziya Müsabiqəsi-2019” layihəsinin icraçısı təyin olunub.

Bu barədə Publika.az-a Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 7-ci Muğam Televiziya Müsabiqəsinin münsiflər heyətinin tərkibinə ustad sənətkarlar – xalq artisti Əlibaba Məmmədov, xalq artisti Arif Babayev, Xalq artisti Səkinə İsmayılova, xalq artisti Mələkxanım Əyyubova, Xalq artisti Mənsum İbrahimov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir.

Bundan başqa, müsabiqə iştirakçılarını yeni tərkibli musiqiçi heyəti müşayiət edəcək. Müsabiqənin Novruz bayramı ərəfəsində başlanması gözlənilir.

Hazırda müsabiqə iştirakşılarının seçim turu davam edir. Bərdə, Gəncə, Şəki və İsmayıllıda regional dinləmələr başa çatıb. Fevralın 8-dən 11-nə qədər isə Bakıda – Beynəlxalq Muğam Mərkəzində seçim turu keçiriləcək və müsabiqə iştirakçılarının müəyyənləşdirilməsi prosesi başa çatacaq.

Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin yaxından iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilir.

Qeyd edək ki, Müğam Televiziya Müsabiqəsinin münsiflər heyətinin tərkibindən Nadir Axundov kənarlaşdırılıb. Nadir Axundov bir neçə gün öncə “Mədəniyyət” telekanalının direktor müavini vəzifəsindən də azad edilib.

Xatırladaq ki, Nadir Axundov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bacanağıdır.