XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

14 Mart 2019 - 19:50

“Musiqi və xoreoqrafiya məktəblərinin əməkdaşlarının maaşları 30 faiz artırılacaq” –Əbülfəs Qarayev

“Azərbaycanda musiqi və xoreoqrafiya məktəblərində çalışan əməkdaşların maaşları 30 faiz artırılacaq”. 

Bunu mədəniyyət naziri Əbülfəs Qarayev “ASAN Radio”nun “QəbuldASAN” proqramında deyib.

Onun sözlərinə görə, bu gün Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi və xoreoqrafiya məktəblərində 17 min nəfər çalışır: “Biz hazırda musiqi məktəblərində real dərslərin keçirilməsini təmin etməliyik. Bu ilin sonunadək maaş artırılması üçün Mədəniyyət Nazirliyinə 18 milyon vəsait ayrılacaq”.

Report