XƏBƏR LENTİ

20 Mart 2019
19 Mart 2019

Digər Xəbərlər

14 Mart 2019 - 20:35

Mədəniyyət naziri:“Azərbaycanda yeni sirk binası inşa ediləcək”

“Azərbaycanda yeni sirk binası inşa ediləcək”. 

Bunu mədəniyyət naziri Əbülfəs Qarayev “ASAN Radio”da deyib.

Ə.Qarayev bildirib ki, sirkin hazırkı binası kifayət qədər məhdud bir ərazidə yerləşir: “Azərbaycanda yeni sirk binasının inşası haqqında düşünməyin vaxtı gəlib çatıb.

Biz bununla bağlı layihələr hazırlayırıq. Ümumilikdə, yeni sirk binası inşa olunacaq. Köhnə sirkin binası isə əyləncə, şou və istirahət mərkəzi kimi fəaliyyət göstərəcək. Bu, yenilik olacaq”.

Report