XƏBƏR LENTİ

21 Aprel 2019
20 Aprel 2019

Digər Xəbərlər

16 Aprel 2019 - 13:36

Müğənni Rüfət Axundov “Xəzər TV”dən uzaqlaşdırıldı:"Dərhal tədbir görüldü"

Xəbər verdiyimiz kimi, Milli Televizya və Radio Şurası müğənni Rüfət Axundovun “Hər səhər” verilişində işlətdiyi qeyri-etik ifadələrə görə efirlərdə iştirak etməsinə qadağa qoyub. 

Qadağaya baxmayaraq bu gün Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində Rüfət Axundov qonaq olub. Ancaq verilişdə bir müddət sonra onun mahnısı kəsilib və reklama keçid olub.

Məsələ ilə bağlı Xəzər televiziyası ilə əlaqə saxladıq.

Televiziyanın sözçüsü Aqşin Kamal bildirdi ki, Rüfətin efirdə olduğu barədə xəbərsiz idi.

Açıqlama verən MTRŞ-in Aparat rəhbəri Asəf Hacıyev isə söylədi ki, bununla bağlı dərhal tədbir görülüb və müğənni efirdən uzaqlaşdırılıb.

Redaktor.az