XƏBƏR LENTİ

25 May 2019

Digər Xəbərlər

03 May 2019 - 00:07

Ramzan Kadırov “Diriliş Ərtuğrul”un qəhrəmanlarını belə qarşıladı –FOTO/VİDEO

Dünyaca məşhur türki serialı “Diriliş Ərtuğrul” filminin aktyorları mayın 1-də Çeçenistanda olublar.

Heyətə Turqut rolunun ifaçısı Coşkun Cengiz, Bamsı rolunun ifaçısı Sonmez Nurettin, rejissor Bozdağ Mehmet və digərləri qatılıblar.

Çeçen Respublikası başçısının müşaviri, Turpal-Əli Kadırov adına “Edelveys” idman klubunun prezidenti Amruddi Edilqiriyevin  sözlərinə görə, məşhur kino ulduzlarının Çeçenistana səfəri 2019-cu ilin Rusiya və Türkiyənin birgə mədəniyyət və turizm ili elan olunması  çərçivəsində həyata keçirilir.

“Diriliş Ərtuğrul” qəhrəmanlarını Qroznı hava limanında respublika parlamentinin sədri və digərləri qarşılayıb.

Qonaqlar öncə baş Çeçen ibadətgahını – Qroznıdakı “Çeçenistanın ürəyi” məscidini və Arqun şəhərindəki “Ananın ürəyi” məscidini ziyarət edib.

“Ananın ürəyi” məscidində Bamsı və Turqutu şəxsən Çeçenistan rəhbəri Ramzan Kadırov  qarşılayıb və qonaq edib. Səmimi görüş zamanı türk sənətçilər çeçenlərlə birgə şənlənib, rəqs ediblər.

Qonaqlar, həmçinin, Çeçenistanın müxtəlif mədəni yerlərində olublar. Türk aktyorları mayın 1-də 1300-dən artıq yarışçının çeçen milli geyimlərində qatıldığı ənənəvi at yürşündə də iştirak ediblər.

Xatırladılır ki, Çeçenistan lideri Ramzan Kadırov məşhur türk serialının aktyorları ilə hələ 2018-ci ilin noyabrında İstanbulda filmin çəkiliş meydanında olarkən dostlaşıb/Moderator.az