XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019
12 Oktyabr 2019

Digər Xəbərlər

05 Avqust 2019 - 16:07

Dövlət Turizm Agentliyi:"Şəki Xan Sarayında son tamamlanma işləri həyata keçirilir"

“Xarici və yerli mütəxəssislərin, müvafiq dövlət qurumlarının iştirakı ilə Şəki Xan Sarayına baxış keçirilib”. 

Bunu Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, hazırda sarayda son tamamlanma işləri həyata keçirilir: “Baxış keçirildikdən sonra Şəki Xan Sarayında müəyyən işlər aparılır. Bu işlər də xırda işlərdir. Bu həftənin sonuna kimi Şəki Xan Sarayı tam istifadəyə veriləcək. Ola bilsin ki, xan sarayı bu həftənin 4-cü günü, ya da 5-ci günü istifadəyə verilsin. Amma tam dəqiq deyə bilmərəm”.

Qeyd edək ki, iyulun 14-ü saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın, təxminən, 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşməsi nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır. Hadisə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından biri xəstəxanada dünyasını dəyişib. /Report