XƏBƏR LENTİ

18 Sentyabr 2019
17 Sentyabr 2019

Digər Xəbərlər

04 Sentyabr 2019 - 00:03

“Bizə döyüş fəndlərini öyrətmək üçün gəlib” –Məşhur fransız aktyor Bakıda + FOTO

Dünyaca məşhur fransız aktyoru, kaskadyor və döyüş ustası Siril Raffaelli Türkiyə və Hindistanın birgə istehsalı olan döyüş filmində çəkilmək üçün Bakıya gəlib. Məşhurun paytaxta gəlişindən isə heç kəs xəbər tutmayıb.

Strateq.az “Oxu.Az”a istinadən xəbər verir ki, şəhərimizə gizlincə gələn məşhurun fotosunu Rus Dram Teatrının aktyoru Yaroslav Trifonov şəxsi “Facebook” hesabında paylaşıb.

Yaroslav Siril ilə birlikdə yayımladığı fotoya “Siril Rafaelli. Bizə döyüş fəndlərini öyrətmək üçün gəlib” şərhini yazıb.

Məşhur ulduzun iştirakı ilə çəkilən filmin detalları barədə məlumat əldə etmək üçün “Oxu.Az”ın əməkdaşı sözügedən filmdə rol alan Yaroslav Trifonovla əlaqə saxlayıb. O, filmin bir neçə hissəsinin Bakıda çəkildiyi bildirib.

“Bizə film haqqında danışmaq yasaq olunub. Sadəcə onu vurğulaya bilərəm ki, mən həmin filmdə rus mafiozunun cangüdənini canlandırmışam. Filmi Türkiyə və Hindistan birgə çəkir,  bizim azərbaycanlı komandamız da onlara kömək edir. Mənim Siril ilə uzun söhbətim olmayıb. Sadəcə, yadigar foto çəkdirdik. O, hələ Bakıdadır. Sabah Rafaelli komanda ilə birlikdə Fəvvarələr meydanında filmin digər hissələrini çəkəcək. Növbəti gün isə ölkəni tərk edəcəklər. Ərsəyə gələn ekran işi döyüş səhnələri ilə boldur”.