XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

19 May 2015 - 10:13

Bu gün “Eurovision-2015”-in ilk yarımfinalıdır
Bu gecə “Eurovision-2015” mahnı müsabiqəsinin yarımfinalı keçiriləcək. Musavat.com xəbər verir ki, yarışma Avstriyanın paytaxtı Vyanadakı “Wiener Stadthalle” arenasında Bakı vaxtilə gecə saat 00:00-da baş tutacaq. Ənənəvi olaraq yarışmanın aparıcıları Miryam Vaykelsbraun, Alis Tumler, Arabella Kisbauer olacaq.
Yarım finalda qonaq qismində ötən il müsabiqənin qalib olan, Avstriya təmsilçisi Konçita Vurst “Rise like a phoenix” mahnısı ilə çıxış edəcək.
Daha sonra sıra ilə Moldova, Belçika, Niderland, Finlandiya, Yunanıstan, Estoniya, Makedoniya, Serbiya, Macarıstan, Belarus, Rusiya, Danimarka, Albaniya, Rumıniya, Gürcüstan və Ermənistan təmsilçiləri öz performanslarını təqdim edəcəklər.
Səsvermə üçün ayrılan vaxt ərzində səhnədə müsabiqənin təşkilatçıları tərəfindən hazırlanan şou təqdim olunacaq. Daha sonra səsvermənin nəticələri elan ediləcək. Birinci yarımfinaldan dərhal sonra finala vəsiqə qazanacaq və 10 ölkə təmsilçisinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Avstriya “Eurovision” mahnı müsabiqəsinə 1967-ci ildən sonra ikinci dəfə ev sahibliyi edir.
“Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarım final mayın 21-də, final isə mayın 23-də olacaq.
Müsabiqədə 40 ölkə iştirak edir: Azərbaycan, Danimarka, Hollandiya, Litva, İrlandiya, İsrail, Gürcüstan, Ermənistan, Estoniya, İtaliya, Polşa, İngiltərə, Almaniya, Finlandiya, Avstraliya, İsveçrə, Avstriya, Sloveniya, İspaniya, İsveç, çex Respublikası, Fransa, Macarıstan, Belarus, Malta, Makedoniya, Rusiya, İslandiya, Yunanıstan, Belçika, Albaniya, Portuqaliya, çernoqoriya, Norveç, Serbiya, Kipr, San Marino, Latviya, Moldova və Rumıniya. Ukrayna isə maliyyə və siyasi səbəblərdən müsabiqəyə qatılmayacağını açıqlamışdı. Budəfəki müsabiqədə yer almayan Türkiyə 2013-cü və 2014-cü illərdəki yarışmalarda da iştirak etməyib.
Xatırladaq ki, “Eurovision-2015” mahnı müsabiqəsində Elnur Hüseynov ölkəmizi “Hour Of The Wolf” mahnısı ilə təmsil edir.