XƏBƏR LENTİ

19 İyul 2019
18 İyul 2019

Digər Xəbərlər

20 May 2015 - 09:11

“Eurovision” müsabiqəsinin ilk 10 finalçısı müəyyənləşib – Siyahı

Dünən Avstriyanın paytaxtı Vyanada “Eurovision 2015” mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib.

İlk yarımfinalı Konçita Vürst təxəllüsü ilə məşhur olan, ötən ilki yarışmanın qalibi Tomas Noyvirt açıb.

Yarımfinal mərhələsində 15 ölkənin təmsilçisi çıxış edib. Səsvermədən sonra Belçika, Yunanıstan, Estoniya, Serbiya, Ermənistan, Macarıstan, Rusiya, Albaniya, Rumıniya və Gürcüstan final mərhələsinə keçib.
İkinci yarımfinalda isə ölkələr bu ardıcıllıqla çıxış edəcək: Litva, İrlandiya, San Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, çex Respublikası, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa.
Müsabiqəyə ev sahibliyi edəcək Avstriya təşkilatçıların qərarına əsasən, finalda 14-cü çıxış edəcək. ölkələrin finaldakı iştirak ardıcıllığı isə yarımfinalların nəticəsi məlum olandan sonra müəyyənləşəcək.
Vyanada keçiriləcək “Eurivision 2015″də Azərbaycanı Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək.
İkinci yarımfinal mayın 21-də, final isə mayın 23-də keçiriləcək. (modern.az)