XƏBƏR LENTİ

19 İyul 2019
18 İyul 2019

Digər Xəbərlər

27 May 2015 - 09:20

1937-ci ilin “Cəhənnəm sakinləri” – Lənkəranda yeni tamaşanın premyerası (FOTO)

cehennem-sakinleri1.JPG

N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın premyerası keçirilib.

Strateq.az xəbər verir ki, xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında hazırlanan “Cəhənnəm sakinləri” adlı tamaşanın quruluşçu rejissoru Gümrah ömər, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Xatırladaq ki, tamaşa tariximizə qanlı hərflərlə yazılmış dəhşətli və qorxulu repressiya dövrünün acı həqiqətlərindən bəhs edir. Yaradıcı kollektiv dövrün mürəkkəbliklərinə baxmayaraq, isti və normal münasibətlərini qoruyub saxlayan azərbaycanlı ziyalı ailəsində ərlə-arvadın təzadlı tale yoluna güzgü tutaraq, tamaşaçıları xeyirxahlığa, yaxşılığa, mərhəmətli olmağa səsləyir. Səhnə əsərində cərəyan edən dramatik hadisələr, eləcə də birmənalı yozula bilinməyəcək obrazlarreal və irreal dünya arasında körpü yaradır.

Rejissor konkret olaraq, 1937-ci ilin – Stalin dövrünün hadisələrini deyil, ümumilikdə insan taleyini, dəhşətli mənəvi ortamda qəhrəmanların yaşadıqları hissləri, insanın qorxularını yozumunun mərkəzinə qoyub.

Onu da qeyd edək ki, iki hissəli dram janrında hazırlanan səhnə əsərində xalq artisti Qabil Quliyev (Kişi), əməkdar artist Adil Zeynalov (Zabit), aktyorlar Qızılgül Əliyeva (Qadın), Aynur Əhmədova (Gənc qadın), Əbülfəz Axundov (Qonaq) və Tərlan Abdullayev (Pioner) çıxış edirlər.

Strateq.az