XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

28 May 2015 - 09:53

Mərkəzi Elmi Kitabxana sentyabrda oxucuların istifadəsinə veriləcək

Bu gün Mərkəzi Elmi Kitabxananın (MEK) yeni binasına AMEA-nın Əsas binasında yerləşən köhnə kitabxanadan kitabların köçürülmə prosesi başa çatdırılıb.

Bu haqda məlumatı Strateq.az-a AMEA Mərkəzi Elmi Kitabxanasının Mətbuat xidməti verib.

ötən ilin noyabr ayından başlanan və tamamlanması 28 May Respublika Gününə təsadüf edən köçmə işi AMEA rəhbərliyinin, MEK-in işçi heyətinin, FHN Mülki müdafiə qoşunlarının Mülki müdafiə idarəsinin və Gənc Ərəbşünaslar Şəbəkəsinin dəstəyi ilə uğurla həyata keçirilib. Köçürülmüş 1 mln 571 min kitab artıq qeydiyyata alınıb və yeni binanın informasiya materiallarının yanğından mühafizə məqsədilə xüsusi qazla təchiz olunmuş və lazımi temperatur-hava rejimini təmin edən kitab saxlanclarında yerləşdirilib.

Bundan başqa, MEK-in kitab kolleksiyasının bir hissəsini təşkil edən, 17 min kitab ehtiyatına malik Nadir kitablar fondu və 75 min kitabı olan Şərq Ədəbiyyatı fonduna məxsus kitablar inventar nömrələrindən əlavə təhlükəsizlik sisteminə inteqrasiya edilmiş elektron çiplərlə təmin olunublar.

Yaxın müddət ərzində kitabxananın digər fondları olan Qərb Avropa Ədəbiyyatı, Rus Ədəbiyyatı, Azərbaycan Ədəbiyyatı və Mübadilə fondlarının kitablarına elektron çiplərin vurulması prosesi başa çatdırılacaq.

Qeyd edək ki, kitabxananın oxucuların istifadəsinə verilməsi 2015-ci ilin sentyabr ayına planlaşdırılır.

Strateq.az