XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

29 İyun 2015 - 23:00

Orhan Kalkan: “Naxçıvanın qədimliyi turistləri cəlb edir”

“Naxçıvan Muxtar Respublikasının yüksək turizm potensialı qədim diyara gələn hər kəs kimi, məni də çox heyrətləndirdi. Burada turizmin istənilən növünü inkişaf etdirmək üçün geniş imkanlar, bənzərsiz tarixi və təbiət abidələri, müasir turizm infrastrukturu var”.

Strateq.az bildirir ki, bu sözləri AzərTAC-a müsahibəsində ötən günlərdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Türkiyə Gözəl Sənət Əsərləri Sahibləri Peşə Birliyinin 30 nəfər üzvünün rəsm sərgisinin açılışında iştirak edən TRT-nin İdarə heyətinin üzvü Orhan Kalkan deyib.

Türkiyə Respublikasının Turizm Nazirliyində turizm üzrə mütəxəssis, təşkilatçılıq və metodologiya bölməsinin sədri, turizm təhsili üzrə baş direktor köməkçisi və digər vəzifələrdə işlədiyini bildirən Orhan Kalkan Naxçıvana gəldiyi ilk gündən bu diyarın turizm potensialı ilə maraqlandığını qeyd edib.

TRT-nin İdarə heyətinin üzvü vurğulayıb ki, turizmin bütün növlərinin inkişafı üçün muxtar respublikada geniş imkanlar var. Bu istiqamətdə aparılan məqsədyönlü işlər öz nəticəsini verəcək və gələcəkdə Naxçıvan, necə deyərlər, turizm cənnətinə çevriləcəkdir.

Orhan Kalkan deyib: “Mənim qənaətim belədir ki, xarici turistləri, ilk növbədə, Naxçıvanın qədimliyi cəlb edir. Naxçıvanda olan bir sıra qədim türbələr və ziyarətgahlar hər kəsdə böyük maraq oyadır. Bəşəriyyətin bütünlüklə qəbul etdiyi Nuh peyğəmbərin məzarının məhz Naxçıvanda olması turistləri bu torpağa cəlb edir. “Əshabi-Kəhf”in adı müqəddəs kitabımız “Qurani-Kərim”də çəkilir. Yer altında, duzla örtülü tunellərdə yaradılan Duzdağ Fizioterapiya Mərkəzi dünyanın nadir təbii şəfa mənbələrindən biridir. Bütün bunlar turizmin inkişafına stimul verir”.