XƏBƏR LENTİ

18 İyul 2019
17 İyul 2019

Digər Xəbərlər

13 İyul 2015 - 08:27

Mərkəzi Elmi Kitabxana beynəlxalq əlaqələrini genişləndirir – Görüş

mek-1.jpg

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və qonaqları Danimarkanın Elm, Texnologiya və İnnovasiya Nazirliyinin “Rumudvalget” komitəsinin sədri, astrofizik alim prof.dr. Jeorgen Kristensen Dalsgaard və xanımı Danimarka Milli Kitabxanasının direktor müavini Birte Kristensen Dalsgaard AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

Bu haqda Strateq.az-a MEK-in İctimaiyyətlə Əlaqələr bölməsindən məlumat verilib.

Məlumatda deyilir ki, görüşdə MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın fəaliyyəti və beynəlxalq əlaqələri haqqında qonaqlara məlumat verib.

İlk olaraq qonaqlar kitabxananın sərgi, oxu zalları və akademiklər zalında yerləşən ilk hədiyyə kitab kolleksiyası ilə tanış olub, həmçinin akademiyanın yaranma tarixi, AMEA-nın sabiq prezidentləri olan 15 akademikin elmi-ictimai fəaliyyətləri barədə məlumatlandırılıb.

Sərgi zalında dünya ədəbiyyatının görkəmli nümayəndələrinin, Nobel mükafatı laureatlarının əsərlərinin azərbaycan dilinə tərcümə edilmiş nəşrləri, müxtəlif dillərdə elmi nəşrlər, ensklopediyalar, qonaqların marağına səbəb olub.

Sonra qonaqlar kitabxananın Nadir kitablar və Şərq ədəbiyyatı fondlarında saxlanılan elmi və tarixi əhəmiyyətli nəşrlər, əlyazmalar, iri həcmli və miniatür kitablarla tanış olub. Nadir Kitablar Fondunun şöbə müdiri Gülarə Xələfova burada saxlanılan elmi və tarixi əhəmiyyətli nəşrlər, əlyazmalar, iri həcmli və miniatür kitablar haqqında məlumat verib.

Görüş zamanı həmçinin “Milli Rəqəmsal Yaddaş” bazası üçün məlumatların əldə edilməsi və digər təklif olunanlar istiqamətində müştərək əməkdaşlıq imkanları müzakirə olunub. Görüşdə xanım Dalsgaard da kitabxana ilə əməkdaşlıq səylərini əsirgəməyəcəyini söyləyib. Görüşdən məmnunluğunu ifadə edən qonaqlar MEK-in yeni binasının üslubunu, oxucular üçün mükəmməl şərait yaradıldığını diqqətə çatdırdılar.

Görüşün sonunda MEK rəhbəri Azərbaycan tarixinə dair kitabları qonağa təqdim edib.

mek-2.jpg