Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Cahangir Hacıyev həbsxanadan Samir Şərifovu ittiham etdi:“Devalvasiyanın günahkarı banklar yox, maliyyə naziridir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə Şeyxin müdafiəsinə qalxdı:“Ona qarşı danışanlar Rusiyanın agentləridir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Lapşin Akif Çovdarovla həbsxanadakı görüşündən danışdı:"Hakimiyyəti söyürdü..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Allahşükür Paşazadənin qudası olan sabiq deputat:"Şeyx cavan adamdır, nə istefa, nə bir şey!"
  • " width="300" height="266" />
    XİN rəsmisi:"ÜAK-ın ləğvi barədə qərar ciddi sual və dərin təəssüf doğurur"
  • " width="300" height="266" />
    İraq Kürdüstanı politoloqu İqbal Dürrə:“Kərkük Kürdüstanın ürəyidir, onu heç kimə vermərik” – Müsahibə
  • " width="300" height="266" />
    Rəsul Quliyev yeni neft sazişinin görünməyən tərəflərindən danışdı:"Azərbaycan buna məcbur edildi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Fazil Mustafa:"Rusiyaya nökərlə dost arasındakı fərqi çatdırmağa çalışmalıyıq"
  • " width="300" height="266" />
    Rəsul Quliyev 2005-ci illə bağlı sensasion faktlar açıqladı:"Saakaşvili Gürcüstana gəlməməyimi tələb etdi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“İlham Əliyev iqtidar daxilində yeganə birləşdirici fiqurdur” – MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” - VİDEO
  • " width="300" height="266" />
    Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO
  • " width="300" height="266" />
    Rusiyadakı keçmiş səfirimizdən ilginc proqnoz:“Rusiya çökəcək, o zaman çox şey dəyişəcək”- VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

23 Sentyabr 2017
22 Sentyabr 2017

13 Sentyabr 2017 - 02:51

Mehman Əliyev həbsində Prezident Administrasiyasını suçladı:"Bu, informasiya siyasətinə rəhbərlik edənlərin işidir"

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, onun həbsdən azad edilməsi ilə başlanan proses ona və rəhbərlik etdiyi agentliyə qarşı cinayət işinin dayandırılması ilə öz məntiqi həllini tapmalıdır.

Strateq.az xəbər verir ki, bu haqda o, "Amerikanın Səsi" radiostansiyasının suallarına cavabında bildirib.

M.Əliyev öncə ölkə daxilində və xaricdə ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib: “Mənə çox böyük ictimai dəstək oldu. Hökumətdə mənim həbsimlə bağlı yekdil fikir yox idi. Məndə olan məlumata görə, mövqe ziddiyyətli idi, bəzi fərdlər mənim həbsimi istəyirdilər. Digər tərəfdən də güclü beynəlxalq dəstək də oldu. Əslində hakimiyyət belə güclü beynəlxalq dəstəyi gözləmirdi. Mənim haqqımda bugünkü qərara qeyd etdiyim vasitələr təsir etdi”.

Jurnalist öz ailəsinə xüsusi təşəkkür edib: “Mən öz ailəmə təşəkkür edirəm. Onlar özlərini kifayət qədər təmkinli apardılar və bu, mənim üçün çox vacib idi. Mənimlə bir kamereda olan dostlara təşəkkür edirəm, mənə hörmətlə yanaşırdılar. Və bu da çox mühüm idi”.

O, Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi müraciət barədə məlumata da aydınlıq gətirib. M.Əliyev deyib ki, ombudsmanın nümayəndələri onunla görüşə gəlmişdi. Onlar bildiriblər ki, hər şeyi edəcəklər ki, bu məsələ həllini tapsın və bu istiqamətdə müəyyən müsbət addımların olduğunu da söyləyiblər: “Mən belə başa düşdüm ki, məsələ prezident səviyyəsində müzakirə olunur. Ona görə də qərar verdim ki, prezidentə də müraciət edim. Müraciətimdə bildirdim ki, 30 ildir jurnalistikadayam, "Turan" İnformasiya Agentliyinin yaradılmasında iştirak eləmişəm. Mətbuat Şurasının yaradılması təşəbbüsünü də 1997-ci ildə mən irəli sürmüşəm, başqa dostlarla birgə yaradılmasında da iştirak etmişəm. Turan olaraq hər zaman peşə əxlaqı kodeksinə uyğun çalışdığımızı, ölkə başçısının da xarici və daxili siyasətlə bağlı fəaliyyətini bu prinsiplər əsasında işıqlandırdığımızı vurğuladım. Daha sonra "Turan"a cinayət işinin açılmasını, həbs edilməyimi qeyd etmişəm. Heç vaxt istintaqdan yayınmadığımı, həmişə təhqiqatla əməkdaşlıq etdiyimi və həbs edilməyimin əsaslı olmadığını vurğulamışam. Xahiş etmişəm ki, bu məsələdə yardımçı olsun. Prezidentə bu formada müraciət etmişəm. Ondan sonra Yasamal Rayon Məhkəməsinin sədrinə də məktub yazıb, qətimkan tədbirinin dəyişdirilməsini xahiş etdim”.

O, azadlığa buraxılmasında hər hansı şərtin, danışığın olmadığını deyib: “Mənim hər hansı danışığım olmayıb ki, kimsə mənə nəsə şərt qoysun. Qeyd etmək istəyirəm ki, "Turan" fəaliyyət göstərəndən hakimiyyətlə danışıqlarda olub, cürbəcür təkliflər irəli sürmüşük, çalışmışıq ki, Azərbaycan mediası normal inkişaf etsin. Vaxtilə Mətbuat Şurasının, Bakı Mətbuat Klubunun yaradılması da bununla bağlı olub. Başqa təşəbbüslər də olub. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti həmişə bu təşəbbüslərin qarşısının alınması siyasətinin tərəfdarı olub”.

O, Əli Həsənovun, Aflatun Amaşovun “Turan yoxdur, meydanda görünmür” deməsini də şərh edib: “Prezident Administrasiyasından Əli Həsənov, Mətbuat Şurasının sədri Aflatun Amaşov qeyd ediblər ki, "Turan" yoxdur, meydanda görünmür. Mənim həbsim göstərdi ki, "Turan" nədir, hamı bunu gördü, başa düşdü”.

M.Əliyev hökumətə qarşı beynəlxalq sanksiyaların tətbiqinə dair təşəbbüsün onun azad edilməsinə təsiri barədə suala belə cavab verib: “Əlbəttə, heç vaxt istəmərəm Azərbaycana sanksiya tətbiq edilsin. Ancaq bu sanksiyaları mən yaratmamışam. Bunu hakimiyyət özü yaradıb. Sanksiya məsələsi hələ 2015-ci ilin payızında gündəmə gəlmişdi, hökumət o zaman 12 yol xəritəsi hazırlamışdı, vəd vermişdi ki, islahat olacaq”.

Agentliyin gələcək fəaliyyəti ilə bağlı "Amerikanın Səsi"nin sualına cavabda M.Əliyev deyib ki, bank hesablarına həbs qoyulduğundan agentlik məcbur oldu ki, sentyabrın 1-dən öz fəaliyyətini dayandırsın: “Gələcək fəaliyyətə gəldikdə, baxarıq, necə olacaq. Hələ ki mən qərar verə bilmirəm. Mövcud durum fəaliyyəti tam davam etdirməyə imkan vermir. Amma mən bütövlükdə "Turan"ın üzərində dayanmaq istəməzdim. Mən 7-8 ildir yerli kanallara baxmırdım, həbsdə olanda baxmağa başladım və gördüm ki, faciəli vəziyyətdir. Mən dəqiq deyə bilərəm ki, Azərbaycan kanallarının ictimai rəyə, düşüncəyə heç bir təsiri yoxdur. Azərbaycan hökuməti Azərbaycan xalqı ilə təması, demək olar ki, tam itirib. Bu, reallıqdır. Bu durumu kardinal olaraq dəyişmək lazımdır”.

O deyib ki, həbsinin əsas səbəbi peşə fəaliyyəti və "Turan"ın fəaliyyəti idi: “1998-ci ildən başlayaraq Azərbaycanda KİV-in susdurulması, ələ alınması, siyasi və iqtisadi senzuranın təbiqi prosesi gedib. Beynəlxalq birliyin mənim həbsimdən sonra aydın mesajı da belə olub ki, "Turan" ölkədə yeganə müstəqil, mötəbər KİV-dir”.

Onun sözlərinə görə, məhz “sonuncu müstəqil media qalası”nın çökdürülməsi üçün bu əməliyyatı aparıblar: "Kim ki Azərbaycanda KİV sahəsində dövlət siyasətini aparır, həmin qüvvələr də bu işi görüblər”, o vurğulayıb.

M.Əliyev həbsində Rusiyanın rolu olması barədə fikirlərlə razı olmadığını bildirib.

O, qeyd edib ki, bir jurnalist kimi Rusiyada da ona hörmət edirlər. Rusiyaya qarşı da qərəzli deyil. Baxmayaraq ki, Suriya, Gürcüstan, Ukrayna hadisələrilə bağlı öz baxışı olub: “Bu, (Mehman Əliyevin həbsi – "AS") birbaşa Prezident Administrasiyasının informasiya siyasətinə rəhbərlik edən adamların işidir. Çünki onların siyasəti iflasa uğrayıb, uzun illərdir ki, polemikadaydıq, mən hər zaman bu siyasətə qarşı çıxış eləmişəm. Bu gün həyat da onu göstərir ki, onların siyasəti tam iflasa uğrayıb. Onlar bunu başa düşürlər və məsuliyyətdən qaçmaq istəyirlər”.

Həbsdə olduğu müddətdə rəsmi “Azərbaycan” qəzeti dərc etdiyi məqalədə M.Əliyevi “beşinci kolon”, “antimilli ünsür” adlandırıb.

M.Əliyev "Amerikanın Səsi"nin sualına belə cavab verib: “Mən həmişə jurnalistika etikasına əməl edirəm. Bizim haqqımızda belə ifadələr işlədən “Azərbaycan” qəzetini məhkəməyə versək, onları məsuliyyətə cəlb etmək olar. Birinci növbədə, qoy, özləri güzgüdə özlərinə baxsınlar, görsünlər, özləri kimlərdir? Onlar Azərbaycana vurduğu ziyanı qiymətləndirsinlər. Azərbaycan xalqı kimin “beşinci kolon” olduğunu, ölkəni bu hala gətirənlərin kim olduğunu bilir. Bu siyasətə birbaşa “Azərbaycan” qəzeti dəstək verib”.

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyasi motivli adlandırıb.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına çağırıblar. ABŞ Dövlət Departamenti M.Əliyevin dərhal azad edilməsinə çağırıb.

Fransa, Nirveç və Böyük Britaniya XİN-lər M.Əliyevin həbsi ilə bağlı narahatlıqlarını bildiriblər və Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində öz beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıblar.

Senator Riçard Durbin M.Əliyevin həbsində əli olan şəxslərə qarşı ABŞ tərəfindən sanksiyaların tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib.

Sentyabrın 11-də məhkəmə ölkəni tərk etməmək barədə iltizamla həbs qətimkan tədbirini dəyişib.