XƏBƏR LENTİ

15 Oktyabr 2018

Digər Xəbərlər

07 Dekabr 2017 - 14:20

Jurnalistlər üçün yeni bina layihəsiz tikilir? –KİV DF yayda tikilən binaya indi müqavilə bağlayıb

Bakıda hökumətdən iki yeni yüksək mərtəbəli binada pulsuz mənzillər alan jurnalistlər üçün hazır felyeton mövzusu var: KIV-ə Dəstək Fondu dekabrın 5-də bu ilin iyulundan tikilməkdə olan binanın layihə-smeta sənədlərinin hazırlanması üçün müqavilə bağlayıb.

Bu binanın təməli Prezident İlham Əliyev tərəfindən qoyulub (http://www.respublica-news.az/images/pdf/2017.07.21.pdf.)

Bu gün – dekabrın 7-də dövlət satınalmaları reyestrində verilən informasiyaya görə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Arxin-M Ltd" MMC ilə mətbuat işçiləri üçün tikiləcək yaşayış binasının layihələndirmə işlərinin satın alınmasına dair müqavilə imzalayıb.

Müqavilənin dəyəri 246 min 295,68 manatdır.

TURAN İA