XƏBƏR LENTİ

11 Dekabr 2018

Digər Xəbərlər

12 Oktyabr 2018 - 16:52

Bolqar jurnalistin qatili danışdı:"Mən Marinovanı zorlamamışam"

Bolqarıstanlı televiziya jurnalisti Viktoriya Marinovanın zorlanması və öldürülməsində şübhəli bilinən şəxs bir neçə günə Bolqarıstana təhvil veriləcək. Bunu Almaniya məhkəməsi oktyabrın 12-də bildirib.

Almaniyanın Tselle ali regional məhkəməsinin bəyanatına görə, 20 yaşlı şübhəli dindirilmə zamanı deyib ki, qurbanı öldürmək fikri olmayıb, onu zorladığını da boynuna almayıb. “Saxlanmış şəxs məhkəmədə deyib ki, 2018-ci il oktyabrın 6-da qurbanla şifahi mübahisəsi olub”, – bəyanatda deyilir.

Məhkəmənin bildirməsinə görə, şübhəli alkoqol və narkotik maddələrin təsiri altında olduğunu, Marinovanı sifətindən vurduğunu, onun yerə yıxıldığını etiraf edib. O deyib ki, jurnalisti yerdən götürərək kolluğa atıb və hadisə yerini tərk edib.

Almaniya hakimiyyəti oktyabrın 9-da Bolqarıstan hakimiyyətinin xahişilə saxlanmış şübhəlinin adını açıqlamayıb. Amma Bolqarıstan tərəf onun Ruze şəhər sakini Severin Krasimirov olduğunu deyirlər. Onun oktyabrın 21-dək təhvil verilməsi gözlənir.

Marinova Bolqarıstanın TVN televiziyasında “Detektor” adlı tok-şouya aparıcılıq edirdi. Müstəntiqlər jurnalistin qətli ilə peşəsi arasında bağlılıq görmədiyini bildirib. Hakimiyyət jurnalistin başına dəyən zərbələrdən və boğulmadan ödlüyünü bəyan edib. Onu həm də zorlayıblar.

(Azadlıq radiosu)