XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

05 Noyabr 2018 - 23:25

Jurnalist-publisist Surxay Əlibəyli vəfat edib

Qarabağla, Ağdamla bağlı bir neçə kitabın, çoxsaylı publisistik yazıların müəllifi, tanınmış jurnalist Surxay Əlibəyli noyabrın 5-də 69 yaşında vəfat edib.

Surxay Xasay oğlu Əlibəyli (Əliyev) 1949-cu ildə anadan olub. Ağdamda orta məktəbi bitirdikdən sonra Azərbycan Dövlət Univeristetinin (indiki Bakı Dövlət Univeristeti) Filologiya fakültəsində təhsil alıb, əmək fəaliyyətinə Elmlər Akademiyasında başlayıb.

Ali məktəbdə oxuduğu illərdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaq istəyən gənclərin gizli təşklatına qoşulub, buna görə hətta sovet dövlət təhlükəsizliyi orqanları tərəfindən nəzarətə götürülüb. Sonra Ağdama qayıdaraq,  uzun illər burada mədəniyyət sahəsində çalışıb, şəhər mədəniyyət evinin müdiri, mədəniyyət və istirahət parkının direktoru vəzifələrində işləyib.

1988-93-cü illərdə xalq hərəkatının fəal üzvlərindən, Ağdamda ilk müstəqil demokratik qəzetin nəşrinin təşkilatçılarından biri olub. Məcburi köçkün kimi Bakı şəhərində məskunlaşdıqdan sonra burada bir sıra qəzetlərlə əməkdaşlıq edib, Qarabağın tarixi və insanları haqqında çoxsaylı yazılar yazıb, “Ağdamım – qibləgahım” adlı üçcilidlik çap etdiib. İstedadlı qələm adamı, səmimi insan Surxay Xasay oğlu Əlibəylinin xatirəsi onun tanıyanların qəbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin.

Surxay Əlibəylin yas mərasimi noyabrın 7-də bakı şəhərində, Heydər Məscidinin Mərasim evində keçiriləcək.