XƏBƏR LENTİ

23 Mart 2019
22 Mart 2019

Digər Xəbərlər

10 Yanvar 2019 - 13:40

Yaşlı adamlar saxta xəbərləri daha çox paylaşırlar –ARAŞDIRMA

Yaşı 65-dən yuxarı və mühafizəkar Facebook istifadəçiləri bu platformada saxta xəbərləri gənclərdən və daha liberallardan artıq yayırlar. Bunu yeni araşdırma üzə çıxarıb.

Strateq.az Azadlıq Radiosuna istinadən bildirir ki, Princton Universiteti və Nyu York Universitetinin tədqiqatçıları 1200-dək adamın Facebook postunu təhlil edib. Onlar ABŞ-da 2016-cı ilin prezident seçkisindən sonra yaydıqları informasiyanın tədqiqinə razılaşıblar.

Respondentlərin Facebook-da paylaşdığı linklər saxta informasiyaları ilə tanınan vebsaytlarla tutuşdurulub. Araşdırma respondentlərin 8,5 faizindən də azının həmin vebsaytlardan link paylaşdığını ortaya qoyub. Di gəl, linkləri paylaşanlar daha yaşlılar, özlərini siyasi spektrdə mühafizəkar sayanlardır. Siyasi mənsubiyyətindən asılı olmayaraq, yaşı 65-dən yuxarı olanlar 18-25 yaşlılara nisbətən “saxta xəbər domenlərindən yeddi dəfə artıq məqalə” paylaşıblar: “Saxta xəbərlərin paylaşılmasına başqa demoqrafik xüsusiyyət bunca davamlı təsir göstərməyib”, – müəlliflər yazırlar.

“Görünür, 60 yaşlarından və ondan yaşlı amerikalılar internetdə qarşılarına çıxan xəbərlərin etibarlılığını müəyyənləşdirməkdən ötrü rəqəmsal media savadına malik deyillər”, – hesabatda vurğulanır.

Müəlliflər yaddaşın zəifləməsini da mümkün səbəb kimi görürlər.