XƏBƏR LENTİ

18 Yanvar 2019
17 Yanvar 2019

Digər Xəbərlər

12 Yanvar 2019 - 14:55

Lider TV qanunu pozdu, 5 min manat cərimələndi –Reklam qalmaqalı

Milli Televiziya və Radio Şurası 2018-ci ildə yayımçılar barədə tətbiq edilmiş inzibati tənbeh tədbirlərini açıqlayıb.

Strateq.az “BakuPost”a istinadən xəbər verir ki, şura tərəfindən aparılmış monitorinqlər zamanı Lider televiziyasının efirində 2 noyabr 2018-ci il tarixdə saat 09:00-11:50 arası yayımlanan “Tezdən oyan” proqramında ümumilikdə 20 (iyirmi) dəqiqə sponsor reklamı verilməsi faktı aşkar edilib.

Bununla “Reklam haqqında” qanunun 13.2-ci maddəsinin (Televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmamalıdır) tələbinin pozulduğu müəyyən olunub.

İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən “Lider TV və Radio Azərbaycan” MMC barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə “Lider TV və Radio Azərbaycan” MMC barəsində 5 min manat cərimə cəzası tətbiq edilib.