XƏBƏR LENTİ

17 Fevral 2019
16 Fevral 2019

Digər Xəbərlər

09 Fevral 2019 - 15:28

Xidmət personalı olmayan ilk mağaza istifadəyə verilib- Tailandda

Ən böyük mobil əlaqə operatorlarından olan AIS kompaniyası Tailandın Phuket şəhərində xidmət personalı olmadan fəaliyyət göstərən ilk mağazasını istifadəyə verib.

“Bangkok Post” qəzetinin yaydığı məlumata görə, kompaniya həmin mağazanın işə salınması üçün 20 milyon bat (635,8 min dollar) xərcləyib. Ticarət nöqtəsində nə işçi, nə də növbə var, alış-veriş üçün isə nağd puldan istifadə olunmur. AIS mütəxəssisləri təşəbbüsün mağazanın gündəlik xərclərini 30-40 faiz azaltmağa imkan verəcəyini düşünürlər. Bütün krallıq ərazisində kompaniyanın 161 ticarət nöqtəsi fəaliyyət göstərir.

Yeni mağazada müştərilərə ümumi və sorğu ilə informasiya təqdim edən, həmçinin onları məhsul və xidmətlər barədə məlumatlandıran süni intellekt – “Liza” adlı robot fəaliyyət göstərir. Burada alıcılar sensor ekran vasitəsilə müstəqil sifarişlər verə və məhsullar seçə, ödənişlər edə bilərlər. AIS nümayəndələri kompaniyanın bütün mağazalarında süni intellektdən istifadə etmək niyyətində olduqlarını bildiriblər.

Kompaniyanın 2018-ci ildəki xalis gəliri 29,6 milyard bat (941,1 milyon dollar) təşkil edib ki, bu da ötən illə müqayisədə 7,7 faiz çoxdur(azərtac).