XƏBƏR LENTİ

22 Aprel 2019
21 Aprel 2019

Digər Xəbərlər

11 Fevral 2019 - 18:05

İnternet medianı necə maliyyələşdirmək olar? –Mətbuat Şurasının İdarə Heyəti bu məsələni müzakirə edib

Mətbuat Şurası (MŞ) İdarə Heyətini iclasında internet media resurslarının maliyyələşməsi məsələsi müzakirə olunub.

Strateq.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, iclasda bildirilib ki, hazırda ictimai fikir daha çox internet üzərindən yayımlanan media vasitələri ilə formalaşır.

Qeyd olunub ki, bu proses Azərbaycanda da sürətlə gedir. İnternet medianın malik olduğu resursların dövlətin və cəmiyyətin mənafeləri baxımından uzlaşdırılmasına ciddi ehtiyac var. Buna görə də mediaya dövlət dəstəyi məsələsində prinsipial məqamlardan biri də məhz onlayn KİV-lərin maliyyələşməsidir.

Vurğulanıb ki, bununla bağlı qarşıda duran başlıca vəzifələrdən biri internet medianın özünə hüquqi münasibətlər sistemində yer tutmasıdır. Bəzi qanunlarda ayrı-ayrı müddəalar yer alsa da, məsələ ümumi xarakter daşıyır, internet medianın təşkilati-hüquqi forması müəyyənləşdirilməməmiş qalır.

İclasda bu məsələnin tezliklə həllini tapması üçün müvafiq qurumlara müraciət olunmasının zəruriliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, MŞ mövcud istiqamətdə hazırladığı təkliflər sırasında internet media ilə bağlı ayrıca qanunun olması da şərtdir.