XƏBƏR LENTİ

21 Avqust 2019
20 Avqust 2019

Digər Xəbərlər

12 Fevral 2019 - 09:36

Mayk Pompeo:"ABŞ Camal Xaşuqcinin qətlini ört-basdır etməyə çalışmır"

“Prezident Donald Tramp administrasiyası səudiyyəli jurnalist Camal Xaşuqcinin qətlini ört-basdır etməyə çalışmır”. Bunu ABŞ-ın baş diplomatı deyir. Dövlət katibi Mayk Pompeo fevralın 11-də Macarıstana səfəri zamanı jurnalistlərin suallarını cavablandııb.

Bu iddiaları demokrat və respublikaçı konqresmenlər səsləndirib. Onlar Tramp administrasiyasının jurnalistin ölümünə görə kimin məsuliyyət daşıdığını müəyyənləşdirmıli olan hesabatı Konqresə göndərməməsinə diqqət çəkirlər.

Ötən il 20-dək respublikaçı və demokrat senator Xaşuqcinin qətlini araşdırmağa, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bu qətlə görə məsuliyyətinin olub-olmamasını təyin etməyə çağırıb.

Bu təhqiqatın Qlobal Maqnitski Aktı çərçivəsində aparılması istənilib. Prezidentdən tələb olunub ki, fevralın 8-dək senatın Xarici əlaqələr komitəsinə hesabat təqdim etsin. Pompeo senat komitəsində aparıcı demokrat Bob Menendezə məktubunda yazıb ki, Tramp jurnalistin ölümünün dərhal araşdırılmasını istəyib.

“The Washington Post” qəzetinin köşə yazarı olan Xaşuqci Səudiyyənin kral ailəsinin tənqidçisi idi. O, oktyabrda Səudiyyənin İstanbuldakı konsulluğuna qətlə yetirilib. “Amerika qətli ört-basdır eləmir”, – Pompeo deyib.

Xaşuqcinin yaşadığı Virciniya ştatından demokrat senator Tim Kaine Tramp administrasiyasını suçlamışdı:

Amerika heç vaxt mənəvi iflasın bu səviyyəsinə enməməlidir. Konqres Səudiyyə Ərəbistanının bu dəhşətli cinayətə görə mühakimə olunması yönündə cəhdlərini yumşaltmayacaq”.

(Azadlıq radiosu)