XƏBƏR LENTİ

19 İyun 2019

Digər Xəbərlər

15 Aprel 2019 - 16:37

Tanınmış jurnalist Anar Niftəliyevə ağır itki üz verib

Tanınmış jurnalist Anar Niftəliyevə ağır itki üz verib.

Bakupost.az-ın məlumatına görə, jurnalistin anası Güllübəyim Niftəliyevanın beyninə qan sızıb. Mərhumə bir gün komada qalıb, bu gün isə keçinib.

68 yaşlı G.Niftəliyevanın yas mərasimi aprelin 16-da Şamaxının Şıxzahirli kəndində olacaq. Allah rəhmət eləsin!

Qeyd edək ki, A.Niftəliyevin qardaşı, tanınmış aşıq Vüqar Mahmudoğlu da ötən ilin yanvar ayında dünyasını dəyişmişdi. Jurnalistin xanımı, tənqidçi Elnarə Tofiqqızı da 2013-cü ildə “Medi Sina” klinikasında əməliyyat zamanı vəfat etmişdi.