XƏBƏR LENTİ

21 Aprel 2019
20 Aprel 2019

Digər Xəbərlər

15 Aprel 2019 - 19:15

Ermənistan jurnalistləri Bakıya gələcək –Azərbaycandan hansı jurnalistlər Yerevana gedəcək?

“Azərbaycan və Ermənistan jurnalistlərinin Bakı və Yerevana səfərləri təşkil olunacaq”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın paytaxtı Moskva şəhərində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla keçirilən görüşdə razılığa gəlinib: “Bundan başqa, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrində kənd təsərüfatı ilə məşğul olan əhaliyə heç bir mane törədilməməsi və təhlükəsizliklərinin təmin olunması barədə də razılıq əldə olunub. Ermənistan tərəfinin buna hörmətlə yanaşacağına və sakinlərə işləməyə imkan yaradılacağına inanmaq istərdim”.

Report