XƏBƏR LENTİ

25 May 2019

Digər Xəbərlər

13 May 2019 - 12:25

Bakı və Abşeronun bir hissəsi internetsiz qaldı –Səbəb

“Azərişıq” ASC xəbərdarlıq etmədən bu gün saat 09:00-dan Bakının Nəsimi rayonunun Həsən Əliyev, Teymur Əliyev və Maqsud Əlizadə küçələrinin enerji təchizatını dayandırıb.

Məsələ ilə bağlı Report-a açıqlama verən qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, fasilə bundan sonra hələ 2 saat davam edəcək.

“Həmin ərazidə yerləşən avadanlıqlara texniki baxış həyata keçirilir. Bu səbəbdən elektrik enerjisinin verilişində fasilə yaranıb”, – deyə o, əlavə edib.

Qeyd edək ki, sözügedən küçələrdə bir sıra internet provayderləri yerləşir. Məlumata görə, fasilə nəticəsində Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarının, eləcə də Abşeron rayonunun ərazisində olan 1 500-dən artıq abunəçinin internet təchizatı dayandırılıb.