XƏBƏR LENTİ

23 May 2019

Digər Xəbərlər

16 May 2019 - 19:34

Azərbaycanda internet xidmətinə görə aylıq ödənişlər…- Vaxt məhdudiyyətində dəyişiklik edilidi + Detallar

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.

Strateq.az nazirliyə istinadən bildirir ki, bu aydan şirkətin göstərdiyi internet xidməti üzrə ödənişlər “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq.

Belə ki, artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq.