XƏBƏR LENTİ

16 Sentyabr 2019

Digər Xəbərlər

20 May 2019 - 00:17

İTV-dən Avropa Yayımları Birliyinə etiraz –Azərbaycan xəritəsi ilə bağlı

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2019” mahnı müsabiqəsinin təşkilatçılarına şikayətlə müraciət edib.

Müraciət ötən gün “Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsi ilə bağlıdır.

“Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyirik”, – deyə məlumatda bildirilir/Report.