XƏBƏR LENTİ

24 İyun 2019

Digər Xəbərlər

23 May 2019 - 22:36

“Facebook” 3 milyarddan çox hesabı sildi –Səbəb

“Facebook” şirkəti 2018-ci ilin oktyabr ayından bu ilin mart ayına kimi təxminən 3 milyarddan çox hesabı sosial şəbəkədən silib.

Publika.az xəbər verir ki, bu haqda şirkətin açıqlamasında deyilir.

Silinən hesabların yalan məlumat verdiyi və spam yaydığı bildirilir. Məlumata görə, silinən hesabların əksəriyyəti qeydiyyatdan sonrakı bir neçə dəqiqə ərzində aşkar edilib.