XƏBƏR LENTİ

20 İyun 2019
19 İyun 2019

Digər Xəbərlər

12 İyun 2019 - 19:24

ARB TV əməkdaşını işdən çıxardı –"Feysbuk"dakı statusuna görə + FOTO

Ölkədəki rusdilli insanlara qarşı sosial şəbəkədə status yazan ARB TV-nin bölgə müxbiri vəzifəsindən çıxarılıb.

Strateq.az xəbər verir ki, “ARB Media Qrup” bu barədə xüsusi açıqlama yayıb.

Açıqlamada deyilir:

“”ARB Media Qrup”un rəhbərliyi ARB TV-nin bölgə müxbiri Əlibəy Zeynallının “facebook” sosial şəbəkəsində yazdığı fikirlərinə təəssüflə yanaşır və bunun həm vətəndaşlıq, həm də profissional nöqteyi-nəzərdən yolverilməz olduğunu düşünür. Telekanal tərəfindən adıçəkilən müxbirin işinə xitam verilməsi barədə iş yerinə məlumat göndərilib”.