XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

24 İyun 2019 - 17:47

Saytlara hücum olub? –Nazirlikdən açıqlama

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün bir neçə xəbər saytına girişdə problemlərin yaranmasına münasibət bildirib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova “Report”a bildirib ki, həmin saytlara haker hücumu olmayıb.

“Problem serverlərin həddindən çox yüklənməsi ilə bağlıdır. Gün ərzində saytlara daxilolmalar gözləniləndən çoxdur. Qısa zaman ərzində problem yaşamış saytlar fəaliyyətini bərpa edə bilib”, – o, qeyd edib.