XƏBƏR LENTİ

19 İyul 2019
18 İyul 2019

Digər Xəbərlər

25 İyun 2019 - 00:11

“Lenta.ru” Azərbaycanla bağlı təxribat xarakterli məqaləyə görə üzr istədi –Səfirlikdən açıqlama

İyunun 23-də “Lenta.ru” saytında  Azərbaycan haqqında dərc olunmuş məqalə  saytdan götürülüb.

Azərbaycanın Rusiyadakı Səfirliyindən Strateq.az-a verilən məlumata görə, Səfirlik Konstantin Dvoretskinin «Они заводят любовников втайне от мужа и хвастаются подругам» başlıqlı məqaləsi ilə bağlı bildirir ki, aparılmış təxirəsalınmaz işlər nəticəsində sözügedən məqalə informasiya portalından çıxarılıb.

Bundan əlavə, qeyd olunan saytda redaksiyanın Azərbaycan xalqından və Rusiyadakı Azərbaycan icmasının nümayəndələrindən üzr istəməsi, materialın xalqımızı təhqir etmək kimi bir məqsəd güdmədiyi haqda məlumat yerləşdirilib.