XƏBƏR LENTİ

20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

08 İyul 2019 - 16:56

200-ə yaxın xarici jurnalistin Gürcüstana səfəri təşkil ediləcək –Məqsəd

Gürcüstanın Milli Turizm Administrasiyası ölkəyə misli görünməmiş sayda əcnəbi jurnalist dəvət edəcək.

Bu barədə dövlət qurumu məlumat yayıb.

İyul ayının sonundan etibarən Avropa İttifaqı ölkələri, ABŞ, Cənubi Koreya, Qazaxıstan, Ukrayna, İsrail, Azərbaycan, Türkiyə, Qatar və BƏƏ-dən olan 200-ə yaxın jurnalist və bloqer Gürcüstanın turizm potensialı ilə tanış olacaqlar.

Xarici ölkələri təmsil edən televiziya, onlayn və çap media nümayəndələri Gürcüstanın müxtəlif bölgələri, kurortları və turizm mərkəzlərinə baş çəkəcəklər, ölkənin turizm imkanları barədə reportaj və məqalələr hazırlayacaqlar/Report.