XƏBƏR LENTİ

23 Avqust 2019
22 Avqust 2019

Digər Xəbərlər

24 İyul 2019 - 22:16

Çində internet istifadəçiləri üçün “qara siyahı” tətbiq olunacaq –Səbəb

Çin hökuməti internetdəki senzura qaydalarını pozanlara qarşı daha sərt cəza tədbirlərini tətbiq etməyə hazırlaşır.

“The Times” xəbər verir ki, Çin Kiber Məkanı Administrasiyası (CAC – Cyberspace Administration of China) tərəfindən hazırlanan yeni qaydalar layihəsinə görə, hökumət nöqteyi-nəzərindən ictimai əxlaqa və ya ictimai mənafeyə zidd hesab olunan məlumatlar yayan hər kəs “qara siyahı”ya salınacaq. Belə şəxslərə qarşı internetə girişin məhdudlaşdırılması da daxil olmaqla müəyyən cəza tədbirləri nəzərdə tutulur.

Avqustun 21-dək keçiriləcək ictimai müzakirələrdən sonra yeni internet qaydalarına dair yekun qərar veriləcək. Lakin ölkənin bir sıra saytları artıq istifadəçilərindən şəxsi sənədlərindəki rəsmi məlumatları tələb etməyə başlayıb.

İnternetlə bağlı bu yeni qaydalar Çində tətbiq olunmağa başlayan sosial kredit adlı insanların əməllərinin monitorinqi və qiymətləndirilməsi sistemi çərçivəsində fəaliyyət göstərə bilər. Artıq 2020-ci ildən tam həcmdə işə salınacağı gözlənilən həmin sistem insanların yol hərəkəti qaydalarına əməl etmək, ahıl valideynlərə qayğı göstərməkdən tutmuş partiya siyasətini dəstəkləməyə, internet vasitəsilə alış-verişədək ən müxtəlif davranış və fəaliyyətlərinin qiymətləndirilməsi nəticəsində hər kəsə müvafiq sosial reytinq verilməsini nəzərdə tutur. Həmin reytinq də vətəndaşın bankda kredit götürmək, təyyarə bileti almaq, övladını məktəbə yazdırmaq kimi gündəlik həyatla bağlı imkan və xidmətlərdən yararlanması zamanı əsas götürüləcək/Report.