XƏBƏR LENTİ

23 Avqust 2019
22 Avqust 2019

Digər Xəbərlər

01 Avqust 2019 - 12:45

“Azad media prinsiplərinə sadiq qalacağıq” –Gürcüstanın sabiq müdafiə naziri telekanal açır

Gürcüstanın sabiq müdafiə naziri David Kezeraşvili yeni televiziya kanalı açacaq.

Bu barədə sabiq nazir özünün sosial media hesabında məlumat verib. Bildirib ki, baş verən hadisələr onu Gürcüstanın ictimai-siyasi həyatına yeni telekanal açaraq qoşulmağa vadar edib.

“Yeni televiziya kanalı heç bir partiyanı, maraq dairəsini və ya elit təbəqəni dəstəkləməyəcək. O bütün cəmiyyəti, fikir azadlığını və ölkənin inkişafını dəstəkləyəcək. Telekanal ən ali tərəfsiz və azad media prinsiplərinə sadiq qalacaq”, – deyə  D.Kezeriaşvili bildirib.

Qeyd edək ki, D. Kezeriaşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri vəzifəsini icra edib. /APA