XƏBƏR LENTİ

21 Noyabr 2019

Digər Xəbərlər

01 Avqust 2019 - 16:18

Müxalif telekanalın keçmiş direktoru istintaqa ifadə verəcək –Gürcüstanda

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalının keçmiş baş direktoru Nika Qvaramia istintaqa ifadə verəcək.

Bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

N.Qvaramia “Rustavi 2”-də rəhbərliyin, teleşirkətə məxsus külli miqdarda pul vəsaitləri və əmlakın qanunsuz mənimsənilməsi ilə bağlı aparılan istintaq çərçivəsində dindiriləcək.

Qeyd edək ki, “Rustavi 2”nin sahibi dəyişəndən sonra N.Qvaramia iyulun 18-də kanalın baş direktoru vəzifəsindən azad olunub/Report.