XƏBƏR LENTİ

17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

05 Sentyabr 2019 - 11:44

Penitensiar Xidmət İkram Rəhimovla bağlı açıqlama yaydı:"Aclıq aksiyasını dayandırıb"

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti İkram Rəhimovun aclıq aksiyası keçirməsi və səhhətinin kritik həddə çatmasi barədə yayılan məlumatlara münasibət bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan açıqlamada bildirilib ki, son günlər ərzində sosial şəbəkələrdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İstintaq təcridxanasında saxlanılan məhkum İkram Rəhimovun həbsinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirməsi və səhhətinin kritik həddə çatması barədə məlumatlar yer almaqdadır.

Penitensiar xidmət bildirir ki, məhkum İkram Rəhimov aclıq aksiyasını dayandırıb və qida qəbuluna başlayıb: “Onun səhhəti ilə bağlı hər hansısa bir problem yoxdur”/Report.

Xatırladaq ki, İ.Kərimov “Reallıq.info” saytının Baş redaktorudur. O, DTX-nin keçirdiyi əməliyyatla saxlanılıb.